Yuxarı

Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

Bakı. 16 dekabr. REPORT.AZ/ Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib.

"Report" xəbər verir ki, bu barədə "TCN" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoda məktub var. Mişa (Mixeil - red) deeskalasiya təklif edir, - deyə mənbə bildirib.

Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər. 

Qeyd edək ki, Mixeil Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi