Yuxarı

Rusiyada təyyarənin sərt enişi nəticəsində 49 nəfər xəsarət alıb

​Rusiyada təyyarənin sərt enişi nəticəsində 49 nəfər xəsarət alıb

Rusiyanın Barnaul şəhər hava limanında "Boeing" təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Tibbi yardıma görə 49 zərərçəkən müraciət edib, onlardan 48-ə ambulator yardım göstərilib", - deyə müsahib agentliyə bildirib. O, qeyd edib ki, xəstəxanada böyrəyindən xəsarət aldığı ehtimal edilən bir qadın qalmaqdadır.

Hadisə zamanı təyyarədə 344 nəfər - 334 sərnişin və 10 ekipaj üzvü olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi