Rusiyada təyyarənin sərt enişi nəticəsində 49 nəfər xəsarət alıb

Rusiyada təyyarənin sərt enişi nəticəsində 49 nəfər xəsarət alıb Rusiyanın Barnaul şəhər hava limanında Boeing təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb.
Digər ölkələr
26 Sentyabr , 2019 02:09
Rusiyada təyyarənin sərt enişi nəticəsində 49 nəfər xəsarət alıb

Rusiyanın Barnaul şəhər hava limanında "Boeing" təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Tibbi yardıma görə 49 zərərçəkən müraciət edib, onlardan 48-ə ambulator yardım göstərilib", - deyə müsahib agentliyə bildirib. O, qeyd edib ki, xəstəxanada böyrəyindən xəsarət aldığı ehtimal edilən bir qadın qalmaqdadır.

Hadisə zamanı təyyarədə 344 nəfər - 334 sərnişin və 10 ekipaj üzvü olub. 

Son xəbərlər

Orphus sistemi