Yuxarı

Rusiya XİN: NATO ilə hərbi qarşıdurma bəşəriyyət üçün fəlakətə çevriləcək

Rusiya XİN: NATO ilə hərbi qarşıdurma bütün bəşəriyyət üçün fəlakətə ç

"Rusiya NATO ilə hərbi qarşıdurmanın bütün bəşəriyyət üçün fəlakətə çevriləcəyi üçün bunun baş verməyəcəyinə ümidvardır".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Akeksandr Qruşko bildirib.

“NATO ilə hərbi ixtilafa gəlincə, sağlam düşüncəli hər kəs bunun baş verməməsinə ümidvardır. Bu, bütün bəşəriyyət üçün fəlakətə çevrilə bilər. Bunun istər Vaşinqtonda, istərsə də Brüsseldə dərk olunduğuna əminəm”, – o deyib.

Rusiyalı diplomat hazırkı vəziyyətdə qəsdsiz qəzaların, anlaşılmazlığın daha çox təhlükə yaratdığını, bunların qarşısını almağın vacibliyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi