Yuxarı

Rusiya və ABŞ prezidentlərinin görüşünün tarixi və yeri açıqlanıb

Rusiya və ABŞ prezidentlərinin görüşünün tarixi və yeri açıqlanıb
© EPA-EFE/MIKHAIL KLIMENTYEV/SPUTNIK/KREML

Bakı. 28 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp arasında keçiriləcək görüşün tarixi və yeri açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində baş tutacaq.

"Danışıqlar zamanı Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinin, habelə beynəlxalq gündəmdə olan aktual məsələlərin müzakirə edilməsi planlaşdırılır", - Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi