Rusiya qırıcıları Qara dənizdə ABŞ esminesi üzərindən təhlükəli uçuşlar ediblər

Rusiya qırıcıları Qara dənizdə ABŞ esminesi üzərindən təhlükəli uçuşlar ediblər Amerika tərəfi bu manevrləri təhlükəli və qeyri-peşəkar adlandırıb
Digər ölkələr
15 Fevral , 2017 00:11
Rusiya qırıcıları Qara dənizdə ABŞ esminesi üzərindən təhlükəli uçuşlar ediblər

Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 10-da Rusiyaya məxsus bir neçə hərbi təyyarə Qara dənizdə Amerikanın "Porter" raket esminesinə təhlükəli dərəcədə yaxınlaşıblar. Amerika tərəfi bu manevrləri təhlükəli və qeyri-peşəkar qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Denni Ernandesə istinadən "Reuters" məlumat yayıb.

Ernandes bildirib ki, Rusiya qırıcıları və esmineslə bağlı üç ayrı insident qeydə alınıb. Birinci halda Rusiyanın iki "Su-24" qırıcısı, ikincidə bir "Su-24" qırıcısı, üçüncü dəfə isə bir "İl-38" təyyarəsi iştirak edib.

"USS Porter" həmin hava gəmiləri ilə əlaqə qurmağa çalışıb və heç bir cavab almayıb", — deyə Ernandes söyləyib.

Son xəbərlər

Orphus sistemi