RF prezidenti: "Rusiya öz maraqlarını getdikcə daha sərt şəkildə müdafiə edir"

RF prezidenti: "Rusiya öz maraqlarını getdikcə daha sərt şəkildə müdafiə edir" Vladimir Putin Rusiya hərbi təyyarələrinin Avropa ölkələri sərhədləri yaxınlığında uçuşu ilə bağlı məsələni şərh edib
Digər ölkələr
18 Dekabr , 2014 15:45
RF prezidenti: Rusiya öz maraqlarını getdikcə daha sərt şəkildə müdafiə edir

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya hərbi təyyarələrinin Avropa ölkələri sərhədləri yaxınlığında uçuşu ilə bağlı məsələni şərh edib. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib. O qeyd edib ki, Rusiya heç kimə hücum etmir və yalnız öz maraqlarını müdafiə edir. 

"Məhz Rusiyanın öz maraqlarını getdikcə daha sərt müdafiə etməsi bizim tərəfdaşlarımızın, xüsusilə də amerikalıların narazılığına səbəb olub. Rusiya 90-cı illərin əvvəllərində strateji aviasiyanın xarici ölkələrə uçuşunu demək olar dayandırıb, Qərb ölkələrinin təyyarələri isə uçmağa davam edib. Artıq bir neçə ildir biz bu uçuşları bərpa etmişik. ABŞ bazaları bütün dünyada mövcuddur və siz deyirsiniz ki, biz özümüzü aqressiv aparırıq?!  Məntiqlə düşünmək lazımdır", - V.Putin qeyd edib. 

RF prezidenti əlavə edib ki, Qərb təhlükəsizliklə bağlı Rusiya ilə heç bir dialoq aparmır. 

Son xəbərlər

Orphus sistemi