Rusiya Dövlət Duması terror fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetməni təsdiqləyib

Rusiya Dövlət Duması terror fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetməni təsdiqləyib Deputatlar yekdilliklə qanun layihəsinin lehinə səs veriblər
Digər ölkələr
19 May , 2017 17:57
Rusiya Dövlət Duması terror fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetməni təsdiqləyib

Bakı. 19 may. REPORT.AZ/ Rusiya Dövlət Dumasının deputatları terror və ekstremist fəaliyyətə görə məhkum olan əcnəbilərə Rusiya vətəndaşlığının verilməsinin mümkünlüyünə dair daha əvvəl qəbul olunmuş qərarı ləğv etməyə imkan verən qanun layihəsini ilk oxunuşda qəbul edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qanun layihəsinə düzəlişlər edilməsi Sankt-Peterburqdakı terror hücumundan sonra aktuallaşıb.

Deputatlar yekdilliklə qanun layihəsinin lehinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi