Yuxarı

Rio de Janeyroda avtobusu ələ keçirmiş silahlı şəxs zərərsizləşdirilib - YENİLƏNİB - VİDEO

​Rio de Janeyroda silahlı şəxs sərnişinlərin olduğu avtobusu ələ keçir

Polis Rio de Janeyroda sərnişinlərin olduğu avtobusu ələ keçirən şəxsi zərərsizləşdirib, bütün girovlar sərbəst buraxılıb.

"Report"un məlumatına görə, bu barədə "Globo" portalı hüquq-mühafizə orqanlarının yaydığı bəyanata istinadən xəbər verir.

Yayılan videoda bir şəxsin avtobusdan çıxaraq polislərə tərəf çanta tulladığı anda arxadan vurulduğu görünür.


***16:26

Braziliyanın Rio de Janeyro şəhərində silahlı şəxs sərnişinlərin olduğu avtobusu ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə "Correio Braziliense" qəzeti yazıb.

Hadisə səhər saatlarında Rio Niteroy yol körpüsündə baş verib. Körpünün Rio de Janeyro bələdiyyəsinə tərəf gedən yolu tamamilə bağlanıb.

İlkin məlumatlara görə, avtobusu ələ keçirən şəxs özünü hərbi polisin zabiti kimi təqdim edib. O, sürücüdən avtobusu dayandırmasını tələb edib və avtobusa benzin tökəcəyi ilə hədələyir.

Hələlik avtobusda neçə nəfərin qaldığı bilinmir. Nəşrin məlumatına görə, kişi artıq azı 4 nəfəri - üç qadın və bir kişini sərbəst buraxıb. "Globo" portalı 5 nəfərin sərbəst buraxıldığını, ancaq 17 nəfərin hələ də avtobusda girov qaldığını yazır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən hərbi polis avtobusu ələ keçirən şəxslə danışıqlar aparır. Hələlik onun addımının motivləri bəlli deyil. Hadisə yerinə xüsusi təyinatlılar gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi