Yuxarı

Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb

Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb
© Vladtime.ru

Bakı. 9 iyun. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərinin mərkəzindəki Santos Dyumon hava limanı yaxınlıqdakı ərazidə polislərlə cinayətkarlar arasında baş verən atışma ilə əlaqədar işini dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, hava limanının işindəki fasilə 20 dəqiqə davam edib. Limanın administrasiyasından bildirilib ki, fövqəladə vəziyyət reyslərin yubanmasına səbəb olmayıb. Yerli qanunvericiliyə görə, yarım saatdan az yubanma gecikmə sayılmır.

Polislə quldurlar arasındakı qarşıdurma səbəbindən kanat yolunun da işi 2 saat dayanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi