Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb

Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb Bakı. 9 iyun. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərinin mərkəzindəki Santos Dyumon hava limanı yaxınlıqdakı ərazidə polislərlə cinayətkarlar arasında baş verən atışma ilə əlaqədar işini dayandırıb.
Digər ölkələr
9 İyun , 2018 02:25
Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb
Vladtime.ru

Bakı. 9 iyun. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərinin mərkəzindəki Santos Dyumon hava limanı yaxınlıqdakı ərazidə polislərlə cinayətkarlar arasında baş verən atışma ilə əlaqədar işini dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, hava limanının işindəki fasilə 20 dəqiqə davam edib. Limanın administrasiyasından bildirilib ki, fövqəladə vəziyyət reyslərin yubanmasına səbəb olmayıb. Yerli qanunvericiliyə görə, yarım saatdan az yubanma gecikmə sayılmır.

Polislə quldurlar arasındakı qarşıdurma səbəbindən kanat yolunun da işi 2 saat dayanıb.  

Son xəbərlər

Orphus sistemi