Qırğızıstanda prezident seçkilərində səslərin 97%-i hesablanıb, Sooronbay Jeenbekov qalib gəlir

Qırğızıstanda prezident seçkilərində səslərin 97%-i hesablanıb, Sooronbay Jeenbekov qalib gəlir Seçicilərin 54,23 faizi ona səs verib
Digər ölkələr
15 Oktyabr , 2017 22:56
Qırğızıstanda prezident seçkilərində səslərin 97%-i hesablanıb, Sooronbay Jeenbekov qalib gəlir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Qırğızıstanda keçirilən prezident seçkilərində iqtidaryönlü Sosial Demokrat Partiyasından namizəd Sooronbay Jeenbekov qalib gəlir.

"Report" xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən "İnterfax" məlumat yayıb.

MSK-nın məlumtına görə, seçki məntəqələrində səslərin 97 faizinin hesablanmasından sonra Jeenbekov 54,23% səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47%-ni toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93% təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.

Ölkə üzrə prezident postuna 11 nəfər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntusu qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi