Bakı. 4 iyul. REPORT.AZ/ Qırğızıstan, Tacikistan və Çin sərhədində, Alma-Ata şəhərindən 497 kilometr məsafədə 5,1 maqnitudada zəlzələ baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Təhsil Nazirliyinin Seysmoloji Təcrübə-Metodiki ekspedisiyası məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilmir.