Yuxarı

Yunanıstanda kafedə partlayış olub, ölənlər və yaralananlar var - VİDEO

Qaz balonunun partlaması nəticəsində 3 nəfər həlak olub

Bakı. 3 fevral. REPORT.AZ/ Yunanıstanda kafedə partlayış olub.

"Report" "Greek Reporter"ə istinadən xəbər verir ki, hadisə dünən, yerli vaxtla saat 21:15-də, ölkənin cənubundakı Kalamat şəhərində baş verib.

Qaz balonunun partlaması nəticəsində 3 nəfər həlak olub. Ölənlərin kafenin sahibi iki əməkdaşı olduğu bildirilir.

Digər mətbu orqanlar partlayış zamanı bir neçə nəfərin də yaralandığını xəbər veriblər. Qeyd edilir ki, hadisə zamanı kafedə çoxlu sayda müştəri olub.  

Daha əvvəl bildirilib ki, Yunanıstanda son 4 ayda 18 nəfər həyatını itirib.

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi