Yuxarı

Qambiyanın yeni prezidenti ölkəyə qayıdır

Qambiyanın yeni prezidenti ölkəyə qayıdır
Adama Barrou yanvarın 26-da Qambiyaya qayıdacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Qambiyanın yeni prezidenti, andiçməsi qonşu Seneqalda keçən Adama Barrou yanvarın 26-da doğma ölkəsinə qayıtmağı planlaşdırır.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Seneqal prezidentinə yaxın mənbə, eləcə də Qambiyanın paytaxtı Banjulda diplomat təsdiqləyib.

Xatırladaq ki, Qambiyada 1 dekabr 2016-cı ildə keçirilmiş növbəti prezident seçkilərində 1996-cı ildən ölkəyə rəhbərlik edən prezident Yəhya Camme səslərin yalnız 36,7%-ni toplayaraq rəqibi Adama Barrouya (45,5%) məğlub olub. Bunun ardından Y.Camme seçkinin nəticələrini tanımadığını, seçkilərdə saxtakarlığa yol verildiyini bildirərək postundan getməkdən imtina edib. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqi və Seneqalın Qambiyaya qoşun yeritməklə bağlı bəyanatından sonra o, vəzifəsini tərk edib və Qvineyaya uçub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi