Bakı. 9 yanvar. REPORT.AZ/ Misir paytaxtı Qahirə şəhərinin El-Giza rayonunda naməlum şəxslər tərəfindən atəşin açılması nəticəsində biri zabit olmaqla, iki polis əməkdaşı həlak olub.
Bu barədə "Report" Misir KİV-inə istinadən xəbər verir.
İlkin məlumata görə, hücum polislərin xidmətə yollandığı zaman baş verib. Naməlum şəxslər polislərə onların evlərinin yanında atəş açıblar. Araşdırma aparılır, hücum edən şəxslər axtarılır.