Yuxarı

Putin və Merkel ABŞ-ın İranın nüvə sazişindən çıxmasını müzakirə ediblər

Dinlə

Bakı. 11 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ABŞ-ın İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından (BHFP) birtərəfli çıxışından sonra saziş ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

"Beynəlxalq və regional təhlükəsizlik baxımından BHFP-nin qorunmasının zəruriliyi qeyd olunub", - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin 2015-ci ildə 6 beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) tərəfindən əldə olunmuş İranın nüvə proqramı üzrə sazişdən çıxdığını elan edib. Bundan əlavə, Tramp sazişin əldə olunması ilə dayandırılan bütün sanksiyaların bərpa edildiyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi