Yuxarı

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB-3

Yanğınlar zamanı 59 nəfər xəsarət alıb

Bakı. 18 iyun. REPORT.AZ/ Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Publico" nəşri ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb. Məlumata görə, hələlik yanğınların qarşısını almaq mümkün olmayıb. Qeyd edək ki, bir sıra ölkələr Portuqaliyaya yardım üçün müraciət ediblər.  


***13:42

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 57 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Publico" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd olunur ki, təxminən 30 nəfər təbii hadisə zonasından avtomobillə çıxmaq istəyərkən ölüb. 

Pedroqan-Qrandi bələdiyyəsi ərazisindəki yanğının qarşısını almaq hələlik mümkün olmayıb.


***12:01

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 43 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Publico" nəşri ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən xəbər verib. 

Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb.


***11:14

Portuqaliyada meşə yanğını qurbanlarının sayı 39 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" "Publico" nəşrinə istinadən xəbər verib.

Ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomes bildirib ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb.

Qeyd edək ki, şənbə günü Portuqaliyanın bir sıra regionlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Pedroqan-Qrandi bələdiyyəsi ərazisində yanğın baş verib. Alov tezliklə ətraf ərazilərə yayılıb.

Bir neçə yaşayış məntəqəsi yanğından zərər çəkib. Lakin dəymiş zərərin dəqiq miqdarı barədə məlumat yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi