Yuxarı

Pompeo ABŞ-ın dövlət katibi vəzifələrinin icrasına başlayıb

Mayk Pompeo sədaqət andı içib

Bakı. 26 aprel. REPORT.AZ/ Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifələrinin icrasına başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Amerikanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

Onun sözlərinə görə, Pompeo Ali Məhkəmə hakimi Samuel Alitonun iştirakı ilə sədaqət andı içib.

ABŞ Senatı cümə axşamı MKİ-nin keçmiş rəhbərinin namizədliyini səslərin 100-dən 57-si lehinə olmaqla təsdiqləyib. Pompeo Dövlət Departamentinin 70-ci başçısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi