Polşanın Ukraynadakı Baş Konsulluğu qumbaraatandan atəşə tutulub - FOTO

Polşanın Ukraynadakı Baş Konsulluğu qumbaraatandan atəşə tutulub - FOTO Ukraynanın səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb
Digər ölkələr
29 Mart , 2017 12:15
Polşanın Ukraynadakı Baş Konsulluğu qumbaraatandan atəşə tutulub - FOTO
Volyn 24

Bakı. 29 mart. REPORT.AZ/ Polşanın Ukrayna Lutsk şəhərində yerləşən Baş Konsulluğu dünən gecə qumbaraatandan atəşə tutulub. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə vitse-konsul Kşiştof Savitski məlumat verib.

O, atəş açılan məkanda insanların olduğunu, sadəcə, atəşin pəncərədən 20 sm yuxarı edilməsinin onları xilas etdiyini, heç kimin xəsarət almadığını bildirib.

Binanın damında baş verən partlayış nəticəsində diametri 2-3 metr olan deşik əmələ gəlib.

Hadisə yerində istintaq qrupu işləyir. Mühafizəçilər iki partlayış eşitdiklərini bildiriblər.

Hadisə ilə əlaqədar Ukraynanın səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Həmçinin, Polşanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası göndərəcək.

Son xəbərlər

Orphus sistemi