Yuxarı

Polis: Texasdakı partlayışların təşkilatçısı terrorçu idi

Polis: Texasdakı partlayışların təşkilatçısı terrorçu idi

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-ın Texas ştatında silsilə partlayışlar törədən Mark Entoni Konditt Birləşmiş Ştatların hüquq-mühafizə orqanları tərəfindən terrorçu kimi tanınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Ostin şəhərinin polis rəisi Brayan Menli bildirib ki, onun cinayətləri terrora əsaslanır. "Onun bizim cəmiyyətə etdiklərinə əsaslanaraq deyə bilərəm ki, o, (Konditt) terrorçu idi", - deyə Menli vurğulayıb.

Polis rəisi izah edib ki, hakimiyyət orqanları araşdırmanın başlanğıcında gənclə bağlı son dərəcə ehtiyatlı olublar. Bu ABŞ-ın qanunlarının xüsusiyyəti ilə şərtlənir. Hansılar ki, yalnız siyasi motiv olduğu halda cinayət aktı terrorizm adlandırılır.

Polisin rəsmisinin sözlərinə görə, Kondittin 28 dəqiqəlik audioyazısında terroru və ya nifrəti göstərən heç nə əks olunmayıb.

Qeyd edək ki, Mark Entoni yaxalanma zamanı özünü öldürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi