Yuxarı

Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib

​Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna et

Pentaqon rəhbəri Mark Esper, ehtiyac yarandığı təqdirdə Suriyaya əlavə qoşun göndərilməsini istisna etməyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Kaliforniyadakı təhlükəsizlik forumunda Esperdən “ABŞ Suriyada kifayət qədər gücə sahibdirmi” sualı ünvanlanıb.

“Düşünürəm ki, bəli. Yoxdursa, əlavə qüvvələr göndərəcəyik”deyə, Pentaqon rəhbəri sualı cavablandırıb.

Esper tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr apardığını da diqqətə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi