Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib

Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib Pentaqon rəhbəri Mark Esper, ehtiyac yarandığı təqdirdə Suriyaya əlavə qoşun göndərilməsini istisna etməyib.
Digər ölkələr
8 Dekabr , 2019 01:27
Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib

Pentaqon rəhbəri Mark Esper, ehtiyac yarandığı təqdirdə Suriyaya əlavə qoşun göndərilməsini istisna etməyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Kaliforniyadakı təhlükəsizlik forumunda Esperdən “ABŞ Suriyada kifayət qədər gücə sahibdirmi” sualı ünvanlanıb.

“Düşünürəm ki, bəli. Yoxdursa, əlavə qüvvələr göndərəcəyik”deyə, Pentaqon rəhbəri sualı cavablandırıb.

Esper tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr apardığını da diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi