Yuxarı

Paris meri sabaha gözlənilən etiraz aksiyaları ilə bağlı müraciət yayıb

Paris meri sabaha gözlənilən etiraz aksiyaları ilə bağlı müraciət yayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Fransanın Paris şəhərinin meri Ann Hidalqo “Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ərəfəsində hamını təmkinli və ehtiyatlı olmağa, qarşılıqlı hörmətə çağırıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, paytaxt rəhbəri “Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, - deyə vurğulayıb.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi