Bakı. 7 dekabr. REPORT.AZ/ Fransanın Paris şəhərinin meri Ann Hidalqo “Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ərəfəsində hamını təmkinli və ehtiyatlı olmağa, qarşılıqlı hörmətə çağırıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, paytaxt rəhbəri “Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, - deyə vurğulayıb.
Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.