Pakistanın keçmiş Baş naziri daha bir həbs cəzasına məhkum olunub

Pakistanın keçmiş Baş naziri daha bir həbs cəzasına məhkum olunub Bakı. 24 dekabr. REPORT.AZ/ Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif korrupsiya ilə bağlı məhkəmə istintaqı çərçivəsində yeddi il həbs cəzasına məhkum edilib.
Digər ölkələr
24 Dekabr , 2018 15:11
Pakistanın keçmiş Baş naziri daha bir həbs cəzasına məhkum olunub
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif korrupsiya ilə bağlı məhkəmə istintaqı çərçivəsində yeddi il həbs cəzasına məhkum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və “Flagship İnvestment” şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib.

Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilməklə 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub, ikinci məsələ ilə bağlı isə bəraət alıb.

Xatırladaq ki, bu il iyulun 6-da N.Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8 milyon dollarlıq cəriməyə məhkum olunmuşdu.

Son xəbərlər

Orphus sistemi