Yuxarı

Pakistanda leysan yağışları nəticəsində 10 nəfər ölüb

Pakistanda leysan yağışları nəticəsində 10 nəfər ölüb
© AFP

Bakı. 3 iyul. REPORT.AZ/ Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində musson leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xilasedici Xidməti məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət qurbanlarının yarısı binaların dam örtüyünün yağışın təzyiqinə dözməyərək çökməsi nəticəsində ölüb. İki nəfəri isə elektrik cərəyanı vurub.

Son sutkada Lahora 252 mm yağıntı düşüb. İyul üçün aylıq norma isə 202,1 mm-dir. 

Məlumata görə, Pakistanın Pəncab əyalətində də leysan yağışları ara vermir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi