Pakistanda leysan yağışları nəticəsində 10 nəfər ölüb

Pakistanda leysan yağışları nəticəsində 10 nəfər ölüb Bakı. 3 iyul. REPORT.AZ/ Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində musson leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.
Digər ölkələr
3 İyul , 2018 13:03
Pakistanda leysan yağışları nəticəsində 10 nəfər ölüb
AFP
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində musson leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xilasedici Xidməti məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət qurbanlarının yarısı binaların dam örtüyünün yağışın təzyiqinə dözməyərək çökməsi nəticəsində ölüb. İki nəfəri isə elektrik cərəyanı vurub.

Son sutkada Lahora 252 mm yağıntı düşüb. İyul üçün aylıq norma isə 202,1 mm-dir. 

Məlumata görə, Pakistanın Pəncab əyalətində də leysan yağışları ara vermir. 

Son xəbərlər

Orphus sistemi