​Pakistanda baş vermiş ağır yol qəzasında 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb

​Pakistanda baş vermiş ağır yol qəzasında 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var
Digər ölkələr
2 Avqust , 2016 08:42
​Pakistanda baş vermiş ağır yol qəzasında 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb

Bakı. 2 avqust. REPORT.AZ/ Pakistanda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var. Yaralılar xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücüsünün idarəetməni itirməsi və qarşıdan gələn yük maşınının yoluna çıxması olub.  

Son xəbərlər

Orphus sistemi