Yuxarı

​Pakistanda baş vermiş ağır yol qəzasında 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb

Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var

Bakı. 2 avqust. REPORT.AZ/ Pakistanda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var. Yaralılar xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücüsünün idarəetməni itirməsi və qarşıdan gələn yük maşınının yoluna çıxması olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi