Bakı. 7 sentyabr. REPORT.AZ/ Fransanın Suriyada yerüstü əməliyyatlar həyata keçirməklə bağlı heç bir planı yoxdur. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland Yelisey Sarayındakı ənənəvi mətbuat konfransında deyib.
"Quru əməliyyatlarının həyata keçirilməsi əsassız və qeyri-real addım olardı", - o bildirib.
Bununla belə, Fransa prezidenti terrorçuların bazalarına nəzarət etmək məqsədilə çərşənbə axşamından etibarən Suriya üzərində kəşfiyyat uçuşlarına başlamaq üçün göstəriş verib.
"Onlar Fransa üçün ciddi təhlükə yaradırlar. Bu təhlükə, o cümlədən, Suriya ərazisindən də gəlir. Biz bu təhlükə haqqında mümkün qədər tam məlumat əldə etməliyik. Bu baxımdan gələcək addımlarımızı müəyyən etmək üçün mən
Fransa prezidenti qeyd edib ki, hələlik hava zərbələrinin endirilməsindən söhbət getmir. "Biz kəşfiyyat məlumatlarını əldə etdikdən sonra aviazərbələr endirməyə hazır olacağıq", - o qeyd edib.
Qeyd edək ki, Fransa ABŞ-la birlikdə "İslam Dövləti" qruplaşmasının İraq ərazisindəki mövqelərinə hava zərbələri endirilməsi ilə bağlı əməliyyatlarda iştirak edib. Paris Vaşinqtondan fərqli olaraq hələlik Suriyada hər hansı bir addım atmaqdan çəkinib.