Yuxarı

ABŞ-ın Dəniz Piyada Qoşununun hərbi qulluqçusu güllələnib

Öldürülən şəxsin yaşı, təyinatı barədə məlumat verilmir

Bakı. 2 yanvar. REPORT.AZ/ Vaşinqtonda kazarma ərazisində ABŞ-ın Dəniz Piyada Qoşunu Korpusunun hərbi qulluqçusu güllələnib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Vaşinqtonun Dəniz Piyada Qoşunu kazarmasının polkovniki Don Tomiç bildirib ki, məmurlar "bu çətin vaxtda" güllələnin ailəsinin və dostlarının qayğısına qalırlar.

Açıqlamada dəniz piyadasının ölümü təsdiq edilir. Amma öldürülən şəxsin yaşı, təyinatı və atışmanın hansı binada olması barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi