​Obama: "İran tərəfi müqaviləni pozarsa, sanksiyalar bərpa ediləcək"

​Obama: "İran tərəfi müqaviləni pozarsa, sanksiyalar bərpa ediləcək" "İranla müqavilə inama deyil, yoxlamaya əsaslanır"
Digər ölkələr
14 İyul , 2015 17:07
​Obama: İran tərəfi müqaviləni pozarsa, sanksiyalar bərpa ediləcək

Bakı. 14 İyul. REPORT.AZ/ "Əgər İran tərəfi müqaviləni pozarsa, onda sanksiyalar yenidən bərpa olunacaq".

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı üzrə Tehranla "altılıq" ölkələri arasında əldə olunan razılaşma ilə bağlı xüsusi müraciətində deyib.

Prezident qeyd edib ki, Konqresə İranın nüvə proqramı ilə bağlı müqavilə üzrə tam hesabatı təqdim etməyə hazırdır.

"İranın nüvə silahı əldə etmək üçün atdığı hər hansı bir addımın qarşısı alınacaq. İranla müqavilə etimada deyil, yoxlamaya əsaslanır", - Obama deyib. 

Son xəbərlər

Orphus sistemi