Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə
Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. Ölənlərdən 4-ü qadın, 2-i kişidir.
Hücumun səbəbi hələ məlum deyil, qatillər də tapılmayıb. Prokurorluq bir neçə nəfərin ölümü faktı üzrə cinayət işi açıb.
Tamaulipas ştatının Dias-Ordas bələdiyyəsində də hərbçilər avtomobillə təqib etdikləri cinayətkarlarla atışmaya başlayıblar. Cinayətkarlar hərbçilərlə açıq döyüşə başlayıblar, lakin məğlubiyyətlə üzləşiblər.
Atışma zamanı qruplaşmanın 4 üzvü öldürülüb, həmçinin hərbçilərdən 1-i yaralanıb.
Daha əvvəl Meksikanın Halisko ştatı ərazisində yerli hakimiyyət dairələri tərəfindən içərisində insan qalıqları olan 18 plastik kisə aşkarlanıb.