Yuxarı

Meksikada içərisində insan qalıqlarının olduğu 18 kisə tapılıb

​Meksikada içərisində insan qalıqlarının olduğu 18 kisə tapılıb

Meksikanın Halisko ştatı ərazisində yerli hakimiyyət dairələri tərəfindən içərisində insan qalıqları olan 18 plastik kisə aşkar edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü ştatın prokuroru Herardo Solis deyib.

Onun sözlərinə görə, dəhşətli tapıntı hərbçilərin Tlahomulko şəhəri ərazisində oğurlanmış insanların azad edilməsi üzrə həyata keçirdiyi əməliyyat zamanı aşkar edilib. Oğurlanmış şəxslərdən biri qaça və dövlətdən kömək istəyə bilib.

Nəticədə təqribən 50 xüsusi təyinatlı həmin insanın göstərdiyi evə daxil olub və üç oğurlanmış şəxsi azad edib, həmçinin atışmadan sonra 3 adam oğrusunu tutub.

Əməliyyat zamanı hərbçilər doğranmış insan cəsədlərinin olduğu plastik kisələr tapıblar.

Prokurorun sözlərinə görə, hazırda saxlanılan şəxslər dindirilmək üçün prokurorluğa aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi