Yuxarı

Nyu-Yorkda yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB-2

Nyu-Yorkda yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB-2
Hadisə yerinə təxminən 170 xilasedici cəlb olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Nyu-Yorkda baş verən yanğın nəticəsində azı 12 nəfər həlak olub, onlar arasında uşaq da var.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Bill De Blazio hadisə yerindən təşkil edilən mətbuat konfransında bildirib.

Eyni zamanda, səlahiyyətlilər bu məlumatların ilkin olduğunu və qurbanların sayının artacağını qeyd edirlər.

Onun sözlərinə görə, hazırda dörd nəfər ağır vəziyyətdədir.

Daha 12 nəfər yanan evdən xilas edilib.


***06:30

Nyu-Yorkun Bronks bürosunda baş verən yanğın nəticəsində ölənlərin sayı azı 9 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən "The New York Post" nəşri məlumat yayıb.

Bildirilir ki, yanğının söndürülməsinə şəhərin yanğın mühafizə idarəsinin 160-dan çox əməkdaşı cəlb olunub.

Yanğına dördüncü təhlükə dərəcəsi verilib.


***05:59

Nyu-Yorkun Bronks bürosunda baş verən yanğın nəticəsində iki nəfər ölüb, azı 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə dekabrın 29-a keçən gecə yerli yanğın-xilasetmə xidmətləri yayıb.

Hadisə yerinə təxminən 170 xilasedici cəlb olunub.

Bütün xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi