Yuxarı

Nyu-Yorkda "Trump Tower"in binası qarşısında 25 etirazçı saxlanılıb

Nyu-Yorkda "Trump Tower"in binası qarşısında 25 etirazçı saxlanılıb
Etirazçılar liftin qarşısındakı vestibüldə Qadağaya yox, dövrələmələrə yox, divarlara yox şüarlarını səsləndiriblər
© Foto: Bin im Garten

Bakı. 14 aprel. REPORT.AZ/ Nyu-York polisi "Trump Tower"in binası qarşısında ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanına etiraz edən 25 nümayişçini saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, etirazçılar liftin qarşısındakı vestibüldə əyləşərək, "Qadağaya yox, dövrələmələrə yox, divarlara yox" şüarlarını səsləndiriblər. Təhlükəsizlik xidməti binanın girişini bloklamaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Tramp martın 6-da Şimali Afrikanın və Yaxın Şərqin əhalisi müsəlman olan 6 ölkəsindən ABŞ-a girişi müvəqqəti olaraq qadağan edib. Amerika rəhbərliyi hesab edir ki, bu ölkələr terrorçulara "kömək edir" və ya terrorçular həmin dövlətlərin ərazisində sığınacaq tapıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi