Yuxarı
    Bağlamaq

    Nyu-Yorkda "Trump Tower"in binası qarşısında 25 etirazçı saxlanılıb

    Etirazçılar liftin qarşısındakı vestibüldə Qadağaya yox, dövrələmələrə yox, divarlara yox şüarlarını səsləndiriblər© Foto: Bin im Garten

    Bakı. 14 aprel. REPORT.AZ/ Nyu-York polisi "Trump Tower"in binası qarşısında ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanına etiraz edən 25 nümayişçini saxlayıb.

    "Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

    Xəbərdə bildirilir ki, etirazçılar liftin qarşısındakı vestibüldə əyləşərək, "Qadağaya yox, dövrələmələrə yox, divarlara yox" şüarlarını səsləndiriblər. Təhlükəsizlik xidməti binanın girişini bloklamaq məcburiyyətində qalıb.

    Xatırladaq ki, Tramp martın 6-da Şimali Afrikanın və Yaxın Şərqin əhalisi müsəlman olan 6 ölkəsindən ABŞ-a girişi müvəqqəti olaraq qadağan edib. Amerika rəhbərliyi hesab edir ki, bu ölkələr terrorçulara "kömək edir" və ya terrorçular həmin dövlətlərin ərazisində sığınacaq tapıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi