Nyu-Yorkda sənədlərdə üçüncü cins qeyd olunmağa başlayıb

Nyu-Yorkda sənədlərdə üçüncü cins qeyd olunmağa başlayıb Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio şəhər sakinlərinə tibbi rəy olmadan doğum haqqında şəhadətnamələrdə üçüncü cins X-i seçməyə imkan verən qanun imzalayıb.
Digər ölkələr
10 Oktyabr , 2018 16:14
Nyu-Yorkda sənədlərdə üçüncü cins qeyd olunmağa başlayıb
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio şəhər sakinlərinə tibbi rəy olmadan doğum haqqında şəhadətnamələrdə üçüncü cins "X"-i seçməyə imkan verən qanun imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb.

Bu kateqoriya gələn il yanvarın 1-dən etibarən özlərini kişi və ya qadın hesab etməyən sakinlər üçün doğum şəhadətnamələrində və digər rəsmi dövlət sənədlərində cinsiyyətini seçmək baxımından tətbiq olunacaq.

Beləliklə qayda dəyişdikdən və üçüncü cins kateqoriyası tətbiq edildikdən sonra Nyu-York Kaliforniya, Vaşinqton, Nyu-Cersi və Oreqona qoşulacaq.

Son xəbərlər

Orphus sistemi