"Normand dördlüyü" özündə 10-dan artıq bəndi birləşdirən sənəd imzalamağı planlaşdırır

"Normand dördlüyü" özündə 10-dan artıq bəndi birləşdirən sənəd imzalamağı planlaşdırır Rusiya, Ukrayna, Fransa prezidentləri və Almaniya kanslerinin danışıqları 12 saata yaxın davam edir
Digər ölkələr
12 Fevral , 2015 10:44
Normand dördlüyü özündə 10-dan artıq bəndi birləşdirən sənəd imzalamağı planlaşdırır

Bakı. 12 fevral. REPORT.AZ/ "Normand dördlüyü" formatında keçirilən danışıqların yekununa görə  Ukraynada münaqişənin həlli ilə bağlı sənədin imzalanması nəzərdə tutulub. "Report" "TASS"a istinadən xəbər verir ki, danışıqlar prosesinə yaxın olan diplomatik mənbə "bu sənədin adının bəyannamə və ya bəyanat olmasından asılı olmayaraq, təxminən 12-13 bənddən ibarət olacaq sənəddə, vəziyyətin həlli üzrə konkret tədbirlər öz əksini tapacaq".

Rusiya, Ukrayna və Fransa prezidentləri Vladimir Putin, Pyotr Poroşenko və Fransua Olland, eləcə də Almaniya kansleri Angela Merkelin danışıqları 12 saata yaxındır ki, davam edir.

Son xəbərlər

Orphus sistemi