Yuxarı

"Normand dördlüyü" özündə 10-dan artıq bəndi birləşdirən sənəd imzalamağı planlaşdırır

Rusiya, Ukrayna, Fransa prezidentləri və Almaniya kanslerinin danışıqları 12 saata yaxın davam edir

Bakı. 12 fevral. REPORT.AZ/ "Normand dördlüyü" formatında keçirilən danışıqların yekununa görə  Ukraynada münaqişənin həlli ilə bağlı sənədin imzalanması nəzərdə tutulub. "Report" "TASS"a istinadən xəbər verir ki, danışıqlar prosesinə yaxın olan diplomatik mənbə "bu sənədin adının bəyannamə və ya bəyanat olmasından asılı olmayaraq, təxminən 12-13 bənddən ibarət olacaq sənəddə, vəziyyətin həlli üzrə konkret tədbirlər öz əksini tapacaq".

Rusiya, Ukrayna və Fransa prezidentləri Vladimir Putin, Pyotr Poroşenko və Fransua Olland, eləcə də Almaniya kansleri Angela Merkelin danışıqları 12 saata yaxındır ki, davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi