Nobel Sülh Mükafatı Komitəsi: Myanmanın dövlət katibinin mükafatı geri alınmayacaq

Nobel Sülh Mükafatı Komitəsi: Myanmanın dövlət katibinin mükafatı geri alınmayacaq Uzun illər müxalifətdə olan və ev dustaqlığında yaşayan Aunq San Su Ci 1991-ci ildə "Nobel" sülh mükafatına layiq görülüb
Digər ölkələr
9 Sentyabr , 2017 15:58
Nobel Sülh Mükafatı Komitəsi: Myanmanın dövlət katibinin mükafatı geri alınmayacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Myanmanın dövlət katibi Aunq San Su Ci "Nobel" sülh mükafatından məhrum edilməyəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Nobel Sülh Mükafatı Komitəsinin mətbuat katibi Olan Nyolstad bildirib.

O deyib ki, Myanmada Rohinca müsəlmanlarının buddistlər tərəfindən kütləvi şəkildə öldürülməsinə və buna görə Aunq San Su Ciyə göstərilən təzyiqlərə baxmayaraq, onun "Nobel" mükafatı geri alınmayacaq.

Qeyd edək ki, uzun müddət müxalifətdə olan və ev dustaqlığında yaşayan Aunq San Su Ci 1991-ci ildə "Nobel" sülh mükafatına layiq görülüb. 2016-cı ildə Aunq San Su Ci hakimiyyətə gələndən sonra Arakan ştatında yaşayan müsəlmanlarla buddistlər arasındakı qarşıdurmalar daha da şiddətlənib. 100 mindən artıq müsəlman doğma yurdlarını tərk edərək qonşu Banqladeşə sığınıb. 

Son xəbərlər

Orphus sistemi