Nikaraquada güclü yanğın zamanı bir neçə nəfər ölüb

Nikaraquada güclü yanğın zamanı bir neçə nəfər ölüb Bakı. 17 iyun. REPORT.AZ/ Nikaraquada bir ailənin 6 üzvü paytaxt Manaquada baş verən güclü yanğının qurbanı olub.
Digər ölkələr
17 İyun , 2018 03:58
Nikaraquada güclü yanğın zamanı bir neçə nəfər ölüb

Bakı. 17 iyun. REPORT.AZ/ Nikaraquada bir ailənin 6 üzvü paytaxt Manaquada baş verən güclü yanğının qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə "Prensa" məlumat yayıb.

Məlumata görə, yanğın 3 mərtəbəli yaşayış evində baş verib. Ölənlərdən 2-i uşaqlardır. Hadisə zamanı xəsarət almış 3 yaşlı və 3 aylıq daha 2 uşaq da xəstəxanaya yerləşdirilib. Lakin onlar da xəstəxanada ölüblər.

Həlak olanların qonşuları bildiriblər ki, yanğın prezident Daniel Orteqanın silahlı tərəfdarları təqsiri üzündən baş verib. Ailə üzvləri onların evin sonuncu mərtəbəsinə snayperin yerləşdirilməsinə etiraz etdiyindən silahlılar içində yandırıcı maddə olan şüşə qabı evə atıblar.  

Son xəbərlər

Orphus sistemi