​Nigeriyada "Chevron" şirkətinə məxsus neft kəməri partladılıb

​Nigeriyada "Chevron" şirkətinə məxsus neft kəməri partladılıb Partlayış Niger Deltası adlanan bölgədə baş verib
Digər ölkələr
14 May , 2016 01:08
​Nigeriyada Chevron şirkətinə məxsus neft kəməri partladılıb

Bakı. 14 may. REPORT.AZ/ Nigeriyada Amerikanın "Chevron" neft şirkətinə məxsus olan neft kəməri partladılıb.

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Mənbənin məlumatına görə, partlayış gərgin olan Niger Deltası bölgəsində Varri şəhərindəki Marakaba neft kəməri yaxınlığında yerləşən neft quyusunda baş verib. Hadisənin digər detalları məlum deyil. Şirkət hadisə ilə bağlı açıqlama verməyib.

Nigeriya ordusunun nümayəndələri bölgədə iştirakını gücləndirib.

Son xəbərlər

Orphus sistemi