Netanyahu: ABŞ bu ilin sonunadək İsraildəki Səfirliyini Qüdsə köçürəcək

Netanyahu: ABŞ bu ilin sonunadək İsraildəki Səfirliyini Qüdsə köçürəcək ABŞ Qüdsdə mövcud iki konsul binasından istifadə edəcək
Digər ölkələr
18 Yanvar , 2018 01:14
Netanyahu: ABŞ bu ilin sonunadək İsraildəki Səfirliyini Qüdsə köçürəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, ABŞ bu ölkədəki Səfirliyini ilin sonunadək Qüdsə köçürəcək.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb

Bildirilir ki, İsrailin baş naziri Hindistanda səfərdə olarkən bu bəyanatı səsləndirib.

Bir müddət əvvəl ABŞ dövlət katibi Reks Tillerson səfirlik üçün yeni yerə dair razılaşmanın əldə olunması, binanın inşa planının hazırlanması, lazimi sənədlərin alınması və nəhayət binanın inşasının bir ildən çox vaxt tələb etdiyini bildirib.

B. Netanyahunun proqnozu özünü doğrultsa, ABŞ Qüdsdə mövcud iki konsul binasından istifadə edəcək. Onlardan birinin səfirlik binası olacağı gözlənilir.

O, həmçinin bildirib ki, ABŞ-dan savayı daha bir neçə ölkə səfirliklərini Qüdsə köçürmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi