NATO-nun baş katibi: "Rusiya ilə qarşıdurmada maraqlı deyilik"

NATO-nun baş katibi: "Rusiya ilə qarşıdurmada maraqlı deyilik" "Qərb dövlətləri Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə sadiq olduğu halda, rəsmi Moskva bu sənədin icrasından imtina edir"
Digər ölkələr
18 İyun , 2015 04:42
NATO-nun baş katibi: Rusiya ilə qarşıdurmada maraqlı deyilik

Bakı. 18 İyun. REPORT.AZ/ NATO Rusiya ilə qarşıdurmada maraqlı deyil. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg deyib.

Polşada səfərdə olan Stoltenberg Rusiyanı tənqid edib. O, bildirib ki, Qərb dövlətləri Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə sadiq olduğu halda, rəsmi Moskva bu sənədin icrasından imtina edir.

NATO-nun baş katibi, həmçinin, qeyd edib ki, onun rəhbərlik etdiyi struktur silahlanmanın əleyhinədir.

Son xəbərlər

Orphus sistemi