Yuxarı
    Bağlamaq

    Myanma rohinca qaçqınlarının ölkəyə qayıtmasının qarşısını almaq üçün sərhədlərini minalayıb

    Qonşu Banqladeş hökumətindəki mənbə artıq üç gündür minalanma işlərinin aparıldığını bildirib
    © Reuters

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Myanma hökuməti rohinca qaçqınlarının ölkəyə qayıtmasının qarşısını almaq məqsədi ilə qonşu Banqladeş ilə sərhəddə minalanmış ərazi maneəsi yaradır.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə qonşu Banqladeş hökumətindəki mənbə məlumat verib.

    "Bizim qüvvələr də Myanma tərəfində yerə nəsə quraşdıran üç-dörd qrup görüb. Sonradan informatorlarımız onların sərhəd əraziləri minaladığını təsdiqləyib. Əldə etdiyimiz məlumata görə, onlar üç gündür minalanma işləri aparır", - mənbə bildirib.

    Rohincalar Myanmanın Rakhayn (başqa adı Arakan) ştatında yaşayan İslamı dininə sitayiş edən etnik azlıqdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, rohincalar dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biridir. 2012-ci ildə dini zəmində baş verən toqquşmalardan sonra bu etnosun 120 mindən çox üzvü ev-eşiklərindən qovulub və qaçqın düşərgələrində qalmağa məcbur olub. Onlara vətəndaşlıq verilmir, tibbi yardım göstərilmir, onların ölkədə hərəkətlərinə məhdudiyyətlər qoyulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi