Yuxarı

Mosulda İŞİD-in səhra komandirlərindən biri məhv edilib

Mosulda İŞİD-in səhra komandirlərindən biri məhv edilib
Öldürülən şəxs Əbu Hüzeyfədir

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri İraqın Mosul şəhərində, Tiqr çayının sol sahilində məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Əs Sumariya" telekanalı İraq hərbçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, öldürülən şəxs Əbu Hüzeyfədir. 

Qeyd edək ki, İraq hərbi qüvvələrinin xüsusi təyinatlıları Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının ikinci mərhələsinə başlayıblar. Ümumilikdə şəhərin terrorçulardan azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi