Mosulda İŞİD-in "səhiyyə naziri" zərərsizləşdirilib

Mosulda İŞİD-in "səhiyyə naziri" zərərsizləşdirilib İraq təhlükəsizlik qüvvələri terrorçunu onu müşayiət edən şəxslərlə birgə məhv edib
Digər ölkələr
29 Mart , 2017 20:46
Mosulda İŞİD-in səhiyyə naziri zərərsizləşdirilib

Bakı. 29 mart. REPORT.AZ/ Mosulda döyüşlər zamanı İraq təhlükəsizlik qüvvələri İŞİD terrorçu qruplaşmasının "səhiyyə naziri" Saydulla Abu Şuaybı zərərsizləşdirib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İraq federal polisinin komandanı Raed Şaker məlumat verib.

Onun sözlərinə görə, terrorçuların "səhiyyə naziri" və onu müşayiət edən şəxslər Mosulun "köhnə məhəllə"sində yerləşən respublika xəstəxanası yaxınlığında "nazir"in şəxsi avtomobilində məhv edilib. 

Son xəbərlər

Orphus sistemi