Yuxarı
    Bağlamaq

    Mosulda İŞİD-in "səhiyyə naziri" zərərsizləşdirilib

    İraq təhlükəsizlik qüvvələri terrorçunu onu müşayiət edən şəxslərlə birgə məhv edib

    Bakı. 29 mart. REPORT.AZ/ Mosulda döyüşlər zamanı İraq təhlükəsizlik qüvvələri İŞİD terrorçu qruplaşmasının "səhiyyə naziri" Saydulla Abu Şuaybı zərərsizləşdirib.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İraq federal polisinin komandanı Raed Şaker məlumat verib.

    Onun sözlərinə görə, terrorçuların "səhiyyə naziri" və onu müşayiət edən şəxslər Mosulun "köhnə məhəllə"sində yerləşən respublika xəstəxanası yaxınlığında "nazir"in şəxsi avtomobilində məhv edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi